Sosial şəbəkədə biz:

Rövnəq Abdullayev: "Neft ucuzlaşdı deyə bəzi çətinliklər yaranıb"

"Dünya bazarında neftin ucuzlaşması səbəbindən SOCAR bəzi layihələrin icrasında çətinliklər yaranıb. Lakin mühüm layihələrin icrası davam edir və davam etdiriləcək". Bunu bu gün Bakı Ali Neft Məktəbində ali təhsil ocağına qəbul olmuş tələbələrlə görüşdə SOCAR prezidenti Rövnəq Abdullayev deyib. SOCAR prezidenti deyib ki, icrası dayandırılmayan vacib layihələrdən biri də Bakı Ali Neft Məktəbinin tikintisidir: "Neftin qiymətinin enməsinə baxmayaraq biz Bakı Ali Neft Məktəbinin tikintisini dayandırmırıq. Bu ali məktəbin inşası sürətlə davam edir". R.Abdullayev qeyd edib ki, böyük ehtimalla, bu ilin sonunadək adıçəkilən ali məktəbin inşası yekunlaşacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol