Sosial şəbəkədə biz:

Bakıda həbsxanada qiyam olması xəbərinə - Rəsmi münasibət

İki saylı cəzaçəkmə müəssisəsində qiyam baş verməsi ilə bağlı sosial şəbəkələrdə yayılan xəbərlərə Penitensiar xidmət reaksiya verib. İctimaiyyətlə əlaqələr şöbəsi “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, cəzaçəkmə müəssisəsində heç bir insident baş verməyib. Hal-hazırda müəssisəsədə tam sakitlikdir və yayılan xəbərlər həqiqəti əks etdirmir. Qeyd edək ki, sosial şəbəkədə sentyabrın 9–u Əlaqif Abbasov adlı bir məhbusun qəflətən dünyasını dəyişməsi, növbəti gün isə digər məhbus Famil Hüseynovun mübahisə nəticəsində yeməkxanadan götürdüyü bıçaqla Həsən Əliyevi qətlə yetirməsi ilə bağlı xəbər yayılmışdı. Məhbusların qiyam etdiyi və Penitensiar Xidmətin Xüsusi Təyinatlılarının müəssisəyə yeridildikləri qeyd olunmuşdu. Həmin müəssisədə həmçinin, REAL-ın sədri İlqar Məmmədov, NİDA-çı Məhəmməd Əzizov, jurnalist Nicat Əliyev də cəza çəkdiyi deyilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol