Sosial şəbəkədə biz:

Azay Quliyev Monqolustana gedir

Milli Məclisin deputatı Azay Quliyev Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün sentyabrın 15-də Monqolustanın paytaxtı Ulan Bator şəhərinə səfər edəcək. “ATƏT ərazisində və ondan kənarda təhlükəsizlik problemlərinin həlli: regional əməkdaşlıqda parlamentlərin rolunun gücləndirilməsi” sessiyanın əsas mövzusu olacaq. Tədbirin açılış mərasimində Monqolustan Prezidenti və ölkə Parlamentinin sədri iştirak edəcəklər. Toplantıda regional təhlükəsizlik, terrorizm və insan alveri ilə mübarizədə ATƏT-in rolu, regionda iqtisadi çətinliklər, qida təhlükəsizliyi, suyun idarəçiliyi ilə bağlı beynəlxalq təşkilatlarla əməkdaşlıq, demokratik təsisatların inkişafı, insan hüquqları, media azadlığı, dini dözümlülük, gender bərabərliyi məsələləri müzakirə olunacaq. Sessiya çərçivəsində ATƏT PA-nın Daimi komitəsinin iclası olacaq. Həmçinin “Mərkəzi Asiya” adlı dəyirmi masanın keçirilməsi nəzərdə tutulub. Səfər sentyabrın 20-də başa çatacaq.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol