Sosial şəbəkədə biz:

Ziya Məmmədovun qoçuları bu dəfə Gürcüstan vətəndaşını soydu

Nəqliyyat naziri Ziya Məmmədovun “qoçuları”kimi tanınan Nəqliyyat Departamentinin işçilərinin zor tətbiq edərək sürücüləri döyməsi və soyğunçuluq etməsi demək olar ki, hər gün rastlanan haldır. “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu dəfə ND işçiləri qonşu ölkənin vətəndaşını soyublar. Gürcüstan vətəndaşı 1974-cü il təvəllüdlü Paşa Kərimov bu barədə 102 xidmətinə məlumat verib. Bildirib ki, Neftçilər prospektində Nəqliyyat Departamentinin 6 işçisi ona məxsus Ford-Transit markalı Na 100 İL nömrəli avtomobilə zorla daxil olublar. Onlar maşından 100 manat pul və texniki pasport olan pul qabını zorla götürərək gediblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol