Sosial şəbəkədə biz:

Bakıda kütləvi dava olub, bir nəfər bıçaqlanıb, 4 nəfər tutulub

18 December 2017, 13:52
Gündəm
Bakıda kütləvi dava olub. APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Cəfər Xəndan küçəsində qeydə alınıb. Bir qrup şəxs arasında düşən davada Orxan Qəmbərov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində davanın iştirakçıları, Bakı şəhər sakinləri Şahin Hüseynov, Vaqif Hüseynov, Şərur rayon sakinləri Pərvin Hüseynov və Vüsal Quliyev tutulublar. Faktla bağlı araşdırmalar davam etdirilir