Sosial şəbəkədə biz:

İraqın şimalındakı kürd muxtar əyalətinin hökuməti dağılıb

20 December 2017, 21:08
Gündəm
İraqın şimalındakı Kürd Muxtar Əyalətində fəaliyyət göstərən “Goran” Dəyişiklik Hərəkatı və “Əl-Cəmaat əl-İslamiyya” partiyaları koalisoya hökumətindəki nümayəndələrini geri çağırdıqlarını açıqlayıblar. “Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Goran” hökumətdən çıxdıqdan sonra nümayəndəsinin yerli parlamentin sədrliyinindən istefa verəcəyni bildirib. Muxtariyyətin 8-ci hökumətində “Goran”ın təmsilçiləri maliyyə, ticarət, dini işlər, sərmayə nazirliklərinə və “peşmərgə” adlanan silahlılara rəhbərlik edirdilər. Partiya parlamentdə 24 deputatla təmsil olunur. Xatırladaq ki, 3 gündür muxtariyyətin Süleymaniyyə şəhərində müəllimlər və məmurlar gecikdirilən maaşlarının ödənilməsi tələbi ilə etiraz aksiyası keçirir. Aksiyalar zamanı baş verən toqquşmalarda 5 nəfər ölüb, 93 nəfər isə yaralanıb.