Sosial şəbəkədə biz:

Azərbaycan Türkiyədən 1.8 milyon dollarlıq saqqız aldı

24 December 2017, 15:44
Gündəm
Bu ilin yanvar-noyabr aylarında Türkiyədən saqqız ixracatı 30% artaraq 64 milyon 510 min dollar səviyyəsinə qalxıb. Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, statistik məlumatlara görə, 2017-ci ildə Türkiyə 60 ölkəyə saqqız ixrac edib. Qonşu ölkədən ən çox saqqız alan İraqdır. Bağdad Türkiyədə istehsal edilən saqqıza 25 milyon 906 min dollar xərcləyib. Bundan sonrakı yerləri xeyli fərqlə İran (2 milyon 183 min dollar) və Almaniya (2 milyon 94 min dollar) tuturlar. 1 milyon 748 min dollarlıq saqqız alışı ilə Suriya Türkiyənin ixracat siyahısında 4-cüdür. İlk beşliyi isə Azərbaycan qapayır. Ölkəmiz Türkiyədən bu ilin 11 ayı ərzində 1 milyon 746 min dollarlıq saqqız idxal edib.