Sosial şəbəkədə biz:
“Şamaxıda 950 manat, Dohada 750 manat” - Natiq Cəfərli
Xəbər Şəkli

“Şamaxıda 950 manat, Dohada 750 manat” - Natiq Cəfərli

25 November 2025, 08:19
Gündəm

“Azərbaycanda bərkgedən otellər yeni il üçün qiymətlərini açıqlayıblar, 2 gecəsi (31 dekabr – 1 yanvar) adambaşı 750-950 manat arasıdır”.

Bu barədə iqtidadçı Natiq Cəfərli “Facebook” səhifəsində yazıb. O bildirib ki, regionlarda fəaliyyət göstərən otellərin qiyməti xaricdəkilərdən daha bahadır:

“Turizm şirkətlərindən biri, 28 dekabr – 1 yanvar arası, yəni, 4 gecə/5 günlük Dohaya yeni il turları təklif edirlər. Adambaşı, ortalama, 750 dollar qiymət təklif olunur, qiymətə daxildir:

– Aviauçuş;

– Mehmanxanada gecələmə;

– Səhər yeməyi əsasında qidalanma;

- Sığorta;

- Transfer qrup

Otellər 5 ulduzdur, siyahıda Cielo Hotel Lusail, Steigenberger Hotel & Residence Shaza Doha, City Centre Rotana Doha, Doubletree by Hilton Doha Old Town kimi gözəl otellər var. Yəni, 4 gücə 5 gün yeni ili Dohada keçirmək aviabilet daxil 750 dollar, yəni 1275 manatdır.

Məsələn, Şamaxıda 2 gün qalsan, bayram keçirsən 950 manat ödəməli olacaqsan. İndi özünüz seçin, 2 gecə Şamaxı 950 manatmı, yoxsa 4 gecə Doha 1275 manatmı?! Şamaxıda günü (gecəsi) 475 manat, Dohada günü (gecəsi) 318 manat...”