Son 5 ildə SOCAR-ın işçilərinin sayı 3 min 600 nəfər azalıb
2025-ci il yanvarın 1-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə işçilərin faktiki sayı 48 min 69 nəfər təşkil edib.
Bu barədə SOCAR-ın yeni açıqlanan 2024-cü il hesabatında bildirilir.
Vurğulanır ki, 48 min 69 nəfərdən 5 min 798-i rəhbər işçi, 8 min 471-i mütəxəssis, 729-u texniki icraçı və 33 min 71-i fəhlədir. O cümlədən 17 min 805 nəfəri ali təhsillidir
Bu açıqlamanın əvvəlki illərə aid hesabatlarla müqayisəsi göstərir ki, SOCAR-da işçi sayı son bir ildə 251, beş ildə 3 min 627, 10 ildə isə 6 min 645 ştat azalıb.