Sosial şəbəkədə biz:
Bakıda məktəblinin qətlinin təfərrüatı bilinib - FOTOLAR
Xəbər Şəkli

Bakıda məktəblinin qətlinin təfərrüatı bilinib - FOTOLAR

19 November 2025, 10:02
Kriminal

Ötən gün Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində 2010-cu il təvəllüdlü H.Mirzəyevin qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Teleqraf xəbər verir ki, 15 yaşlı H.Mirzəyev iki dostu ilə birgə 52 nömrəli məktəbin yaxınlığında yerləşən binanın söhbətgahında əyləşib.

Ölən şəxsin yaxınlarının verdiyi məlumata görə, Ə.Novruzlu H.Mirzəyevin tanışı olub. Ə.Novruzlu bıçaqla zarafat edib. Həmin vaxt H.Mirzəyev onun əməlinə etiraz edib. Lakin Ə.Novruzlu bıçağı H.Mirzəyevin ayağına batırıb. Bu zaman bıçaq H.Mirzəyevin damarına tuş gəlib.

Bunu görən Ə.Novruzlu və tanışı ərazidən uzaqlaşıblar. Binada yaşayanlar dərhal təcili yardım çağırıblar, lakin H.Mirzəyev çoxlu qan itirərək ölüb.

Faktla bağlı araşdırma davam edir.