Beş tiktoker barəsində açılan cinayət işinə xitam verilib
Bir neçə tiktokerlə bağlı cinayət işlərinə xitam verilib.
APA-nın məlumatına görə,“Tiktok” üzrə aparılan istintaq tədbirləri nəticəsində həbs edilən beş tiktoker barəsində cinayət işləri üzrə qərar qəbul olunub. Vüqar Zeynalzadə, Əsgər Əlizadə, Əmrah Məhərrəmov, Nuh Məmmədzadə və Vüqar Kərimov barəsində açılan cinayət işinə xitam verilib.
Onlar narkotik maddələri saxlama və daşıma maddəsi ilə ittiham olunurdular.
Bir neçə gün öncə, “Tiktok”da canlı yayım açaraq yarışlar keçirən aparıcı Azər Zahid və onun köməkçisi Rövşən Təhməzov barəsində açılan cinayət işinə xitam verilmişdi.
Onlar qumar oyunu təşkil etmək, cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma və bir qrup şəxs tərəfindən törədildikdə maddələri ilə ittiham olunurdular.