Masazırın keçmiş bələdiyyə sədrinin saxlanıb
Abşeron rayonu Masazır bələdiyyəsinin keçmiş sədri Firdovsi Cəlalovun Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.
Bu barədə “Bakupost” məlumat yayıb.
Bildirilib ki, keçmiş bələdiyyə sədri bir sıra qanun pozuntularında, xüsusilə də sənəd saxtalaşdırılmasında təqsirli bilinir.
Məlumata görə, Cəlalovla yanaşı, həmin dövrdə bələdiyyədə hüquqşünas vəzifəsində çalışmış şəxs də saxlanılıb.
Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.