Sosial şəbəkədə biz:

Ermənistan prezidenti müharibədə ölənlərin sayını açıqladı

Ermənistan prezidenti müharibədə ölənlərin sayını açıqladı
Xəbər Şəkli
06 September 2026, 08:38
Siyasət

“44 günlük müharibə zamanı Ermənistanın 4800 hərbçisi həlak olub”. 

“News.am” xəbər verir ki, bu sözləri Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Praqanın CEVRO universitetində çıxışı zamanı bildirib. 

Bundan sonra Ermənistan Prezidentinin Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aqasi Marqaryan açıqlama yayaraq, dövlət başçısının 44 günlük müharibədə ölən erməni hərbçilərin sayında səhvə yol verdiyini bildirib. 

“Səhvə görə üzr istəyirik və dəqiqləşdiririk: 44 günlük müharibədə həlak olanların sayı 3755 nəfərdir”, - Marqaryan əlavə edib. 

Qeyd edək ki, Ermənistandakı son rəsmi məlumatlarda II Qarabağ müharibəsində ölən erməni hərbçilərin sayı 3833 nəfər göstərilmişdi.