Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransından 34 il keçir. Azərbaycan tarixinin olduqca çətin günlərində ziyalılarımız ölkəmizin düçar olduğu ağır şəraitdən çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bunun üçün də xalqın sınanmış lideri və peşəkar siyasətçi Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Bu günü yalnız partiya üzvləri deyil, digər vətəndaşlarımız da xüsusi qeyd edir.
Hazırda YAP Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. YAP-ın 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII qurultayında Prezident İlham Əliyev yeni dövrün yeni hədəflərini elan etdi. Bu daha güclü Azərbaycan üçün yeni dövrdə yeni potensialdan istifadə deməkdir. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan artıq post-müharibə dövründə formalaşan düzənə uyğun olaraq regionda sülh və inkişafa yaxından töhvə verir. Bu isə nəinki Azərbaycan, bütövlükdə bölgə üçün yeni imkanlar deməkdir.
Vüqar Bayramov, millət vəkili