Sosial şəbəkədə biz:

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı

Mehdiyev çevriliş etsəydi, onlara vəzifə verəcəkdi - Siyahı
Xəbər Şəkli
06 November 2026, 16:46
Siyasət

Sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planın baş tutacağıə təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb.

Baş nazir: Əli Həsənov (Azərbaycan Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə sabiq köməkçisi);

Vitse-prezident: Sevil İsmayılova (“Şərq-Qərb” nəşriyyat evinin rəhbəri);

Daxili işlər naziri: Levon Qurskaya (R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın vətəndaş nikahından olan erməni əsilli oğlu, DİN-in sabiq əməkdaşı);

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi: Fikrət Əliyev (R.Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı);

Ədliyyə naziri: İlham Əliyev (R.Mehdiyevin kürəkəni, sabiq deputat);

İqtisadiyyat naziri: Abbas Abbasov (Baş nazirin keçmiş müavini, hazırda Rusiyada yaşayır);

Baş prokuror: Timur Mehdiyev (Ramiz Mehdiyevin oğlu);

PA rəhbəri: Fatma Abdullazadə (PA-nın sabiq şöbə müdiri);

PA Ərazi İdarəetmə Şöbəsinin müdiri: Ziya Məmmədov (sabiq nəqliyyat naziri);

Milli Məclisin sədri: İsa Həbibbəyli (Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti);

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı: Elton Məmmədov (sabiq deputat);

Dövlət Gömrük Komitəsinin sədri: Əsabil Qasımov (“Karat” Şirkətlər Qrupunun rəhbəri, sabiq deputat);

Elm və təhsil naziri: Aqiyə Naxçıvanlı (sabiq deputat);

Media və Yayım Şurasının sədri: Bəxtiyar Sadıqov (sabiq deputat).

Qeyd edək ki, Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər) ilə ittiham edilən Ramiz Mehdiyev məhkəmənin qərarı ilə 14 il azadlıqdan məhrum edilib. Məhkəmə tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və cəzasının şərti tətbiq edilməsi qərara alınıb.

Bundan əlavə, onun əmlakı dövlət nəfinə müsadirə edilib və təltiflərinin alınması üçün müraciət qəbul olunub.

Bunun ardınca AMEA Ramiz Mehdiyevin "akademik" adından məhrum edilməsi barədə qərar verib. Axar.az