Sosial şəbəkədə biz:

Rubio: Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub

Rubio: Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub
Xəbər Şəkli
09 August 2026, 09:50
Siyasət

ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycan arasında sülhə nail olub.

Bunu ABŞ dövlət katibi Marko Rubio “X” hesabında Vaşinqton görüşünün birinci ildönümü ilə bağlı paylaşımında bildirib.

“Prezident Tramp sülh prezidentidir. Düz bir il əvvəl o, Ağ Evdə keçirilən mühüm görüş zamanı Ermənistan və Azərbaycan arasında sülhə nail oldu”, – Rubio qeyd edib.

Dövlət katibi xatırladıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev həmin görüşdə hər iki ölkə üçün tarixi dönüş nöqtəsi olan Birgə Bəyannaməni imzalayıblar.