Sosial şəbəkədə biz:

Zəfər 30 illik işğala son qoydu - DEPUTAT

Zəfər 30 illik işğala son qoydu - DEPUTAT
Xəbər Şəkli
08 November 2026, 11:02
Siyasət

Bu gün Azərbaycan tarixinin ən vacib günlərindədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı Zəfər 30 illik işğala son qoydu. 

Zəfərdən sonra işğaldan azad olunan ərazilərimzdə iqtisadiyyatın formalaşması və re-inteqrasiyası prosesi intensiv şəkildə davam etdirilməkdədir. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində uzun müddət işğal altında qalan və tamamilə dağıdılan ərazilərimiz yennidən bərpa olunur, keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı təmin edilir. İndiyədək bərpa və yenidənqurmaya dövlət büdcəsindən 26 milyard manat vəsait ayrılıb. 

Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatı 6 dəfə böyüyüb. Artıq həmin iqtisadi rayonlarımızda iqtisadiyyatın əsas sahələri üzrə məhsulun ümumi buraxılışı 10 milyard manatdan çoxdur. Qarabağ Azərbaycanın yeni iqtisadi drayverinə çevrilməkdədir. Bu həmçinin Azərbaycan iqtisadiyyatının dayanıqlığının və iqtisadi diversifikasiyanın dəstəklənməsi deməkdir.

Bayramınız mübarək! Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa, cansağlığı və uzun ömür diləyirik!

Vüqar Bayramov, millət vəkili