Sosial şəbəkədə biz:
Azərbaycanda məşhur iş adamı villasına mebel alıb, amma pulunu ödəmir
Xəbər Şəkli

Azərbaycanda məşhur iş adamı villasına mebel alıb, amma pulunu ödəmir

21 April 2026, 08:20
Sosial

Mebel mağazasının sahibi aldadıldığını iddia edir.

Söhbət türkiyəli iş adamı, "Massimo Group" MMC-nin rəhbəri Necip Kösedən gedir.

Onun sözlərinə görə, ötən ilin avqustunda müştəri Bayram Yusifov dəniz kənarında yerləşən villası üçün şirkətdən mebel sifariş edib. O iddia edir ki, şirkət bir neçə otaqdan ibarət villanın bütün otaqlarını 200 min manatlıq mebellə təchiz etdikdən sonra villa sahibi pulu ödəməkdən boyun qaçırıb.

İş adamı iddia edib ki, dəfələrlə borclu ilə danışaraq borcu ödəməsini bildirsə də, müsbət cavab almayıb. Məsələdə adı çəkilən Bayram Yusifov isə bu məsələyə görə türkiyəli iş adamını məhkəməyə verdiyini bildirib.

Qeyd edək ki, mebel təminatı ilə bağlı qanuni sənədlər, tərəflər arasında bağlanmış müqavilə də mövcuddur. Xəzər TV