Sosial şəbəkədə biz:
Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb
Xəbər Şəkli

Bakı Sağlamlıq Mərkəzinin mənfəəti kəskin azalıb

07 May 2026, 08:50
Sosial

Azərbaycanın aparıcı tibb müəssisələrindən olan Bakı Sağlamlıq Mərkəzi ötən il 442 min 121 manat mənfəət əldə edib.
Bakı Sağlamlıq Mərkəzinin ümumi mənfəəti 2,2 dəfə və ya 539 min manat azalıb.
Hesabat dövrü ərzində Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 335,5 min manat olub və əvvəlki illə müqayisədə 39% və ya 213 min manat azalıb.
Məlumat üçün qeyd edək ki, ötən il Bakı Sağlamlıq Mərkəzinin ümumi gəlirləri 31 milyon 449,3 min manat olub və bu göstərici əvvəlki illə müqayisədə 900 min manat artıb. Bu artıma baxmayaraq, xalis mənfəətin azalmasının əsas səbəblərindən biri əmək haqqı xərclərinin artmasıdır. Belə ki, 2024-cü illə müqayisədə 2025-ci ildə 1,3 milyon manatdan çox artaraq 19,1 milyon manata yüksəlib. Yeniavaz