Sosial şəbəkədə biz:
Ərəblər Şuşadakı otellərdə 271, macarlar 20 manat xərcləyiblər – Siyahı
Xəbər Şəkli

Ərəblər Şuşadakı otellərdə 271, macarlar 20 manat xərcləyiblər – Siyahı

17 February 2026, 16:09
Sosial

Ötən il Şuşa rayonunda yerləşən mehmanxana və mehmanxana tipli obyektlərdə (otel) 3 527 nəfər xarici ölkə vətəndaşı 3 527 gecə keçirib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbilər göstərilən xidmətlərə görə otellərə 346 min manat ödəyiblər.
Nəticədə, bir nəfər əcnəbinin Şuşadakı otellərdə xərclədiyi vəsait 98 manat olub.
Qeyd edək ki, ötən il Şuşadakı otellərdə ən çox Türkiyə vətəndaşları qalıb – 1 352 nəfər. Bir nəfər Türkiyə vətəndaşının otel üçün ödədiyi orta məbləğ 85,8 manat olub.
Şuşadakı otellərdə ən çox pul xərcləyənlər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) vətəndaşları olub. Ötən il 7 nəfər BƏƏ vətəndaşı Şuşadakı otellərdə qalıb və onların hər biri orta hesabla 271,4 manat xərcləyib.
Otellərdə ən az vəsait xərcləyənlər isə Macarıstan vətəndaşları olub. 2025-ci ildə 5 nəfər Macarıstan vətəndaşı Şuşadakı otellərdə 5 gecə keçirib və onların ödədiyi vəsait cəmi 100 manat olub.
Cədvəldə Şuşadakı otellərdə qalan əcnəbilərin sayı, onların otel xidmətləri üçün ödədiyi ümumi vəsait və bir nəfərə düşən orta məbləğ yer alıb: