Sosial şəbəkədə biz:
“Qaçqınkom” 136 minə bu şirkətdən 9 min cibli jaket alır
Xəbər Şəkli

“Qaçqınkom” 136 minə bu şirkətdən 9 min cibli jaket alır

02 December 2025, 16:28
Sosial

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (“Qaçqınkom”) Təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Günteks” MMC  (VÖEN - 0701428371) olub.
 “Günteks” MMC “Qaçqınkom”un sifarişi ilə bu qurum üçün önü bağlanan cibli jaketlər satacaq.
“Qaçqınkom” “Günteks” MMC-dən ümumilikdə 9 000 ədəd cibli jaket alacaq və 136 min 467 manat ödəyəcək. Rəqəmlərdən də göründüyü kimi, qurum 1 jaketi 15,2 manata satın alacaq.
Qeyd edək ki, nizamnamə kapitalı 10 manat olan “Günteks” MMC 30 yanvar 2024-cü il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Şərur rayonunun Şəhriyar kəndi olan MMC-nin qanuni təmsilçisi Musayeva Günel Arif qızıdır.
Onu da bildirək ki, “Günteks” MMC dövlət qeydiyyatına alındıqdan qısa müddət sonra tender müsabiqələrində iştirak etməyə başlayıb və son bir ildə ümumilkdə dövlət qurumlarının keçirdiyi 28 tender müsabiqəsində qalib olub.
Yeniavaz