Sosial şəbəkədə biz:
Bu xəbərdən sonra “Bolmart”ın rəhbəri gecə ilə dəyişdi - FOTO
Xəbər Şəkli

Bu xəbərdən sonra “Bolmart”ın rəhbəri gecə ilə dəyişdi - FOTO

30 October 2025, 07:49
Cəmiyyət

“Bolmart” marketlər şəbəkəsi haqqında yayılan xəbərlərdən sonra şirkətin rəhbəri dəyişib. Şirkətə Bəhruz Şahin oğlu Əhmədov yeni rəhbər təyin edilib.

 

Buna qədər isə sözügedən vəzifədə Ramil Əşrəf oğlu Məmmədov idi.

 

Maraqlıdır ki, hazırda rəsmi qanuni təmsilçi Bəhruz Əhmədov olsa da, yayılan xəbərlərlə bağlı bu gün keçirilən mətbuat konfransında Ramil Məmmədov özünü media nümayəndələrinə icraçı direktor kimi təqdim edib.

 

Qeyd edək ki, ötən gün “Bolmart” mağazalar şəbəkəsinin Səməd Vurğun 60 ünvanında yerləşən mağazası fəaliyyətini dayandırıb.

 

Onu da əlavə edək ki, “Bolmart”ın sahibi Azərbaycana qarşı iqtisadi təxribatlarda ittiham olunan Adnan Əhmədzadədir. O, eyni zamanda “Rahat Market”, “Port Baku Bazar” market şəbəkələrinin də sahibidir. Teleqraf