Çingiz Abdullayev “yatan alimlər” haqda: “...ayıbdır”
Xalq yazıçısı Çingiz Abdullayev AMEA-nın Rəyasət Heyətinin iclası zamanı alimlərin yatması və mürgüləməsi ətrafında yaranan qalmaqala münasibət bildirib.
Yazıçı sosial şəbəkələrdə və ictimai müzakirələrdə “yatan alimlər”in qınaq və istehza obyektinə çevrilməsini doğru hesab etmədiyini vurğulayıb:
“Bizim cəmiyyətimiz indiyədək yaşlı insanları ələ salmayıb. Biz nə edirik? Yoxsa bizim elmimiz, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız olmadığını bütün dünyaya sübut etmək məqsədimiz var? İnanmıram ki, insanlar nə etdiklərini başa düşürlər. Məqsəd Elmlər Akademiyasını gözdən salmaq, onu məzhəkəyə çevirməkdir? Bu, yaşlı insanlara yox — onların üzərinə gülənlərə ayıbdır. Çünki onların çoxu doğrudan da elmə öz töhfəsini verib. Nuh peyğəmbər və atasına istehza edən oğlu Ham haqqında rəvayəti xatırlayın. Təəssüf ki, çoxları bunu başa düşmür”.