Sosial şəbəkədə biz:
Gədəbəydə məmura müəmmalı mükafat təqdim olundu - VİDEO
Xəbər Şəkli

Gədəbəydə məmura müəmmalı mükafat təqdim olundu - VİDEO

03 March 2026, 08:15
Cəmiyyət

Azərbaycanda məmurun mükafatlandırılması mərasimi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bununla bağlı görüntülər yayılıb.

Videoda kimliyi açıqlanmayan şəxs "Azərbaycan Respublikasının Milli Məclisinin informasiya portalının direktoru Fəridə xanımın", həmçinin ölkə Prezidentinin adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edir.

"Baxmayaraq ki, iki aydır direktor əvəzidir, rayonumuzda göstərdiyi fəaliyyətə və analoqu olmayan təmizlik işlərinə görə onu təbrik edirəm", - şəxs əlavə edir.

Videodan görünür ki, mərasimdə direktor əvəzi tək deyil, o, işçilərini də tədbirə dəvət edib. İşçilər Ruslan Mustafayevin mükafat almasını alqışlarla qarşılayıblar.