Sosial şəbəkədə biz:
MDB-də ən az tələbə Azərbaycandadır – Rəsmi
Xəbər Şəkli

MDB-də ən az tələbə Azərbaycandadır – Rəsmi

28 August 2025, 00:16
Cəmiyyət

Hər 10 min nəfərə düşən tələbə sayına görə Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında sonuncu sıralarda yer alıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycanda hər 10 min nəfərə düşən tələbə sayı 241 olub.
Qeyd edək ki, MDB ölkələrində hər 10 min nəfərə düşən tələbə sayı aşağıdakı kimi olub:
Özbəkistan – 382;
Qırğızıstan – 350;
Qazaxıstan – 310;
Rusiya – 304;
Ermənistan – 277;
Belarus – 258;
Moldova – 247;
Azərbaycan – 241.


Onu da qeyd edək ki, açıqlanan rəsmi məlumatlarda Tacikistan, Türkmənistan və Ukrayna ilə bağlı müvafiq göstəricilər yer almayıb.