Sosial şəbəkədə biz:
Misir Mərdanova yeni vəzifə verilir? - Özü danışdı
Xəbər Şəkli

Misir Mərdanova yeni vəzifə verilir? - Özü danışdı

13 January 2026, 15:06
Cəmiyyət

Azərbaycanın sabiq təhsil naziri Misir Mərdanovun yaxın vaxtlarda Bakı Dövlət Universitetində (BDU) yeni vəzifəyə təyin olunacağı bildirilir. Onun daha əvvəl Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın rəhbərlik etdiyi və hazırda boş qalan Hesablama riyaziyyatı kafedrasına rəhbərlik edəcəyi qeyd edilir.

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən M.Mərdanov məlumatın həqiqətə uyğun olmadığını bildirib.

“Yayılan məlumatlar tamamilə yalandır. Həmin kafedranın müdiri artıq xeyli zamandır ki, Vaqif İbrahimovdur. Bu səbəbdən yayılan xəbərlərin əsası yoxdur”.