Naxçıvanda 3 tiktokçu cəzalandırıldı
Naxçıvanda “TikTok”da qeyri-etik paylaşımlara görə daha 3 nəfər saxlanılıb.
Sosial şəbəkədə ictimai əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd məzmunlar paylaşan 29 yaşlı V.Mahmudova, 23 yaşlı L.Əliyeva və 29 yaşlı S.Həsənovadır.
Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim edilib.
Müvafiq qərarlarla V.Mahmudova və L.Əliyeva 10 gün müddətinə inzibati qaydada həbs olunub, S.Həsənova isə 750 manat cərimə edilib.