Sosial şəbəkədə biz:
NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI
Xəbər Şəkli

NOVRUZ GÜNLƏRİNDƏ YENİ NOVRUZ KİTABI

03 March 2026, 08:30
Cəmiyyət

Yaxınlaşmaqda olan Novruz bayramı öncəsi “Novruz: tarix və adət-ənənələrinə yeni baxış” adlı növbəti kitabı ilə oxucu auditoriyasına daxil olan ətraf mühit üzrə tədqiqatçı, tarix üzrə fəlsəfə doktoru Yusif Dirili (Mahmudov) əski çağardan başlayaraq günümüzə qədər xalqımızın tarixi taleyində rol oynayan Novruz bayramı və ilin Axır Çərşənbələri haqqında yazdığı monoqrafik toplu bu günlərdə işıq üzü görmüşdür. “Müəllim” nəşriyyatında çap olunan bu kitab müəllif axtarışlarının və müşahidələrinin uğurlu nəticəsi kimi diqqəti cəlb edir. Bu topluda Novruzun yaranma tarixi və adət-nənələri ilə bağlı axtarışlar aparılmış, qarşıya qoyulan məqsədə uyğun faktlar toplanmış, milli və elmi yöndən təhlil olunaraq, maraqlı nəticələr əldə etmişdir. Elmi-publisistik yöndə qələmə alınmış bu əsərdə Novruzun türk xalqlarının ortaq yaz bayramı olduğu qeyd edilir və konkret misallar gətirilir.

Kitaba müəllifin Novruz və Axır Çərşənbə ilə bağlı illərlə apardığı müşahidə və araşdırmalar zamanı ortaya çıxan bəzi maraqlı məlumatlar, o cümlədən Axır Çərşənbənin Torpaq, yoxsa Yel Çərşənbə olması barədə fikirlər daxil edilmişdir. Kitabda həmçinin Türk xalqlarının Novruz adətləri təqdim edilir. Yusif Dirilinin yeni monoqrafiyasında müxtəlif mənbələrdən, o cümlədən elmi ədəbiyyatlarla yanaşı, dövri nəşrlərdən və internet resurslarından da geniş istifadə olunmuşdur.

Y.Dirili həmçinin topluya, Novruza aid yazdığı bədii əsərlərdən nümunələr daxil etmişdir. Bundan başqa Novruz sovqatlarının tibbi əhəmiyyəti də kitabda əks olunmuşdur. 

Kitabın elmi redaktoru, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmlər doktoru, professor Vüqar Əhməd, rəyçilər AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitunun “Atropatena – Albaniya (Qafqaz) tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Ramil Ağayev və AMEA Fəlsəfə və Sosiologiya İnstitunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərlidir.

WhatsApp Image 2026-03-02 at 20.47.46.jpeg 263.26 KB