Sosial şəbəkədə biz:
Son 5 gündə Bakıda fərqli ünvanlarda 5 nəfərin meyitləri tapılıb
Xəbər Şəkli

Son 5 gündə Bakıda fərqli ünvanlarda 5 nəfərin meyitləri tapılıb

05 January 2026, 09:03
Cəmiyyət

Bakının mərkəzində evdən meyit tapılıb.
Yanvarın 2-si saat 10 radələrində 1987-ci il təvəllüdlü Oleq Aleksandroviç Danilovun meyiti yaşadığı Səbail rayonu Lomonosov küçəsindəki evdə aşkar edilib. Əvvəllər məhkumluq həyatı yaşamış şəxsin üzərində zorakılıq əlaməti aşkarlanmayıb.
Oxşar hadisə Sabunçu rayonunda qeydə alınıb. Yanvarın 2-si saat 04 radələrində 1998-ci il təvəllüdlü Bibixanım Təhməzovanın meyiti yaşadığı Sabunçu qəsəbəsindəki evdə tapılıb. Onun hansı səbəbdən öldüyü məlum deyil.
Digər hadisə isə Binəqədi rayonu 9-cu mikrorayon ərazisində baş verib. Yanvarın 2-si saat 11 radələrində 1981-ci il təvəllüdlü Ramin Paşayevin meyiti yaşadığı Adil Məmmədov küçəsində aşkar edilib. Onun da əvvəllər məhkumluq həyatı yaşadığı bildirilib.
Onu da qeyd edək ki, 5 gen əvvəl – 29 dekabr tarixində Binəqədi qəsəbə sakini, 1973-cü il təvəllüdlü Zülfüqar Mirislam oğlu Ağayevin meyiti yaşadığı evdə tapılıb. Mərhumun üzərində hər hansı xəsarət izi aşkarlanmayıb.
Həmin gün oxşar hadisə paytaxtın Nərimanov rayonunda da baş verib. Fətəli xan Xoyski prospekti, ev 146, mənzil 50 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Kafiyə Xeybər qızı Qarayevanın meyiti yaşadığı mənzildə aşkar olunub. Onun da ölümündə zorakılıq əlamətləri müşahidə edilməyib.
Hər bir faktla bağlı araşdırma aparılır. Qafqazinfo