Sosial şəbəkədə biz:
Sumqayıtın “qızıl işinə baxan” şagirdi Mançester Universitetindən qəbul aldı
Xəbər Şəkli

Sumqayıtın “qızıl işinə baxan” şagirdi Mançester Universitetindən qəbul aldı

12 May 2026, 16:03
Cəmiyyət

Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 11A sinif şagirdi Tuncay Əmiraslanlı İngiltərənin dünyaca məşhur Mançester Universitetinin “Aerokosmik Mühəndisliyi” (dünya reytinqində 35-ci yer) fakultəsindən qəbul alıb.
Bu barədə “Azərbaycan universitetləri” məlumat yayıb.
Qeyd olunub ki, o, IX sinif buraxılış imtahanında maksimal (300 bal), XI sinif buraxılış imtahanında isə 275 bal toplayıb.
T. Əmiraslanlı, həmçinin 7-ci siniflər üzrə keçirilən RFM-də (Fizika/məntiq), 8 və 9-cu siniflər üçün keçirilən RFO-larda (Fizika, Fizika/astronomiya) və 9 və 10-cu siniflər üzrə keçirilən Respublika Astronomiya Olimpiadalarında qızıl medal qazanıb.
O, həmçinin 10 və 11-ci siniflər üzrə keçirilən RFO-larda (Fizika) müvafiq olaraq bürünc və gümüş medallar qazanıb.