Sosial şəbəkədə biz:
Vəfat edən həkimin paylaşımları diqqət çəkdi - FOTO
Xəbər Şəkli

Vəfat edən həkimin paylaşımları diqqət çəkdi - FOTO

28 February 2026, 11:44
Cəmiyyət

Xəbər verdiyimiz kimi, Abşeron Rayon Mərkəzi Xəstəxanasının 44 yaşlı həkim-travmatoloq-ortopedi Natiq Həsənov dünyasını dəyişib.

Mərhum həkimin sosial media hesabındakı paylaşımları diqqət çəkib.

O, paylaşımlarında gecə-gündüz işlədiyini, bezdiyini, yorulduğunu qeyd edib.

Həkimin pasiyentləri və həmkarları isə Abşeron rayon Mərkəzi Xəstəxanasında sıxlıq olduğunu, onun gün ərzində 50-60 xəstə qəbul etdiyini vurğulayıblar.

N.Həsənovun məhz işinin çoxluğundan, stressdən, əsəbdən qəfil öldüyü iddia edilir.

Medicina.az