Sosial şəbəkədə biz:

Yolların təmizlənməsində köpük istifadə edilməsi narazılıq yaratdı

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən bir neçə gündür, paytaxtda aparılan genişmiqyaslı təmizlik işləri zamanı yolların köpüklü təmizlik vasitələri ilə yuyulması narazılığa səbəb olub. Şəhərin müəyyən yerlərində kanalizasiya sisteminin olmamasına, yaxud sistemin yararsız olmasına diqqət çəkənlər bildirirlər ki, köpüklü suların ağacların dibinə axıdılması yaşıllıqlara ciddi ziyan vurur.

 Ekoloq Rövşən Abbasov da Pravda.az-a açıqlamasında deyib ki, yollar köpüklə yuyulanda səthi aktiv maddələrdən istifadə edilir və onların normadan çox istifadəsi ağaclara ziyan vura bilər.

“Doza düzgün seçildikdə bunun o qədər də ziyanı olmur. Belə ki, normada doza verildikdə ağacların üzərinə düşən toz yükü azalır və beləliklə, fotosintez prosesi sürətlənir. Hər bir halda yaxşı olar ki, yuyulma zamanı yaranan axıntılar istiqamətləndirilsin və birbaşa ağacların kök sistemlərinə axmasın”, - o bildirib.



 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol