Sosial şəbəkədə biz:
Zaur Hüseynovun daha bir kadrı vəzifədən azad edildi
Xəbər Şəkli

Zaur Hüseynovun daha bir kadrı vəzifədən azad edildi

05 August 2025, 13:23
Cəmiyyət

“Bakı Metropoliteni” QSC-nin İnformasiya, kommunikasiya texnologiyaları xidmətinin rəisi Hüseyn Quliyev vəzifəsindən azad edilib.

 

“PostMedia”nın məlumatına görə, bu barədə qurum sədri Vüsal Aslanov əmr imzalayıb.

 

QSC sədrinin digər əmri ilə Anar Quliyev adıçəkilən xidmətin yeni rəisi təyin edilib.

 

Qeyd edək ki, H.Quiyev 2014-cü ildən bu vəzifəni icra edib. O, bundan öncə isə “Bakı Metropoliteni” QSC-nin sabiq sədri Zaur Hüseynovla birlikdə “Azərişıq” ASC-də işləyib.