Sosial şəbəkədə biz:

Əli Kərimlinin müşavirinə 2 ay həbs verildi

03 October 2015, 17:50
Gündəm
AXCP sədri Əli Kərimlinin müşaviri Məmməd İbrahim 2 ay müddətinə həbs edilib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 30-da şübhəli şəxs qismində saxlanılan Məmməd İbrahim CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib. Oktyabrın 1-də M.İbrahimə bu maddə ilə ittiham irəli sürülüb. Bu ittihamla onu 1 ilədək müddətdə həbs cəzası gözləyir. Oktyabrın 2-də isə Nərimanov Rayon Məhkəməsi M.İbrahim barədə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilməsi haqda qərar çıxarıb.