Sosial şəbəkədə biz:

Qaçqınlara tikilən evi satmaq istədilər, amma...

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Tahirə Əliyeva, Vasif Hüseyniv və Hüseyn Bağırovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org saytının əldə edtiyi xəbərə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 8-də davam etdiriləcək. Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar. Onlar Bakı şəhər sakinlərin etimadını qazanaraq məcburi köçkünlər üçün tikilən evlərdən mənzil alacaqları vəd etsələr də verdikləri sözü tutmayaraq dələduzluq ediblər.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol