Sosial şəbəkədə biz:

Oğuzun icra başçısından seçkiyə kobud müdaxilə

117 saylı Oğuz-Qəbələ dairəsindən deputatlığa namizədliyi Klassik Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Nizami Abdurrazakova imza verən seçicilər hədələnir. Bu barədə Moderator.az-a hədələnən seçicilərdən biri məlumat verib. Seçici bildirir ki, icra hakimi Eyvaz Qurbanovun göstərişi ilə Nizami Abdurrazakova imza verən seçiciləri icra nümayəndəliklərinə çağırıb verdikləri imzadan imtinaya məcbur ediblər. Onlara imzadan imtina etməyəcəkləri təqdirdə ciddi problemlərlə üzləşəcəkləri bildirilir. Maraqlıdır ki, 117 saylı Oğuz-Qəbələ dairəsindən deputatlığa öz təşəbbüsü namizədliyini irəli sürmüş namizədlərin hamısı təhsil işçiləri və müəllimlərdir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol