Sosial şəbəkədə biz:

Bakıda uşaq yeməyindən qurd çıxdı – Foto

Bakıda satışda olan uşaq yeməyi “Aquşa”dan qurd çıxıb.   Axar.az-ın xəbərinə görə, bu barədə Aygün Zeynalova adlı vətəndaş Feysbuk səhifəsində yazıb.   O, faktı özündə əks etdirən foto paylaşıb. A.Zeynalova bu firmanın məhsullarını almamağa çağırıb. Vətəndaş şikayət edəcəyini də açıqlayıb.   “Uşaq üçü yemək hazırlayanda içindən qurdlar çıxdı. Bu, insanlığa yaraşmayan işdir. “Aquşa” firmasının məhsullarını almayın. İlahi, bu nə deməkdir? Uşaq çox narahatdır. Xahiş edirəm, diqqətli olun”.   Qeyd edək ki, daha əvvəl də “Aquşa”nın sıyığında çoxlu çöküntülər aşkar olunub.

 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol