Sosial şəbəkədə biz:

Əkbər Hacıyevin müavini işdən çıxarıldı

“Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun satış və istismar üzrə müavini Qamət Məmmədov işdən azad olunub. Virtualaz.org saytının əldə etdiyi məlumata görə, Qamət Məmmədovun işdən çıxarılmasına səbəb kimi onun işdə yol verdiyi ciddi nöqsanlar göstərilir. Məlumatda deyilir ki, müvafiq qərar “Azəriqaz” İB-nin oktyabrın 10-da keçirilən iclasında verilib. Qamət Məmmədov əvvəllər Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəisi işləyib. “Azəriqaz” sədrinin müavini vəzifəsinə 4 il əvvəl təyin olunmuşdu. Xatırladaq ki, prezident İlham Əliyev qaz təsərrüfatı sahəsindəki nöqsanları son çıxışlarında dəfələrlə tənqid edib.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol