Sosial şəbəkədə biz:

“Barcelona” rekorda imza atıb- Məğlubiyyətsiz matçların sayına görə

15 April 2018, 14:55
Gündəm
“Barcelona”nın futbolçuları İspaniya çempionatında məğlubiyyətsiz matçların sayına görə rekorda imza atıblar. ”Report” xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb. Qeyd edilir ki, Katalon klubu 32-ci turun matçında “Valensiya” üzərində qələbədən sonra məğlubiyyətsiz oyunlarının sayını 39-a çatdırıb. Oyun “Barcelona”nın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bundan əvvəlki rekord göstərici “Real Sosedad” komandasına məxsus olub. Komanda 1979-1980-ci illərdə məğlubiyyətsiz 38 matç oynayıb.