Sosial şəbəkədə biz:

Ermənistan Azərbaycanla sərhədə silahlı “drujinniklər” yerləşdirib

Ermənistanın Azərbaycanla sərhəd yaşayış məntəqələrində xilasetmə xidmətinin əməkdaşlarına Azərbaycan tərəfdən “mümkün diversiyaların” qarşısını almaq üçün silah paylanıb. Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Joqovurd” qəzeti yazır. Xəbərdə bildirilir ki, sərhəddə gərginliyin artmasından sonra “911” xilasetmə xidmətinin əməkdaşlarına (Ermənistan Fövqəladə Hallar Nazirliyinin strukturu) sərhədyanı kəndlərdə silahla növbə çəkmək tapşırığı verilib. “Növbətçi xilasedicilərə silah paylanıb, çünki istisna deyil ki, Azərbaycan tərəfi kəndlərə atəş açmaqla yanaşı ötən il olduğu kimi diversantları da göndərə bilər”- qəzet yazır. Bildirilir ki, hazırda xilasetmə xidmətinin sərhəd boyu kəndlərdə silahla növbə çəkməsini qanunvericilik çərçivəsinə salmaq məsələsi həll edilir.


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol