Sosial şəbəkədə biz:

Fəzail Ağamalının Salyandakı görüşləri davam edir – FOTOLAR

16 oktyabr 2015-ci ildə 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd hazırkı millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı Çuxanlı və Parça-Xalac inzibati ərazilərində seçicilərlə növbəti görüşünü keçirib. Məlumat Azinforum.az saytına Ana Vətən Partiyasının mətbuat xidmətindən verilib Görüş çıxış edən Fəzail Ağamalının səlahiyyətli nümayəndəsi Əbülfəz Bədəlov və vəkili Ziyafət Şirinov görüşü açaraq, sözü seçicilərə verdi. Kənd ağsaqqallarından Zakir İbrahimov, Ağaverdi Fətəliyev, təqaüdçü Xəzəngül Sadıqova, müəllimə Zemfira Qədirova və Sevinc Səfərova, kənd ziyalıları Fikrət Qafarov, Sərvət Xəlilov, Mirzəbəy Atayev, sahibkar Avdı Həsənov, kənd sakini Ağa Abbasov və digər şəxslər çıxış edərək, kəndlərdə yaradılmış şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdilər, görüş iştirakçılarını bu il noyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərə gəlməyə və Fəzail Ağamalıya səs verməyə çağırdılar. fezo fezo1 fezo2 fezo3 fezo4


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol