Sosial şəbəkədə biz:

ETSN: Bakıda toz-dumanın miqdarı sanitar norma daxilindədir

20 April 2018, 10:53
Gündəm
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə 20 aprel 2018-ci il tarixində səhər saatlarında Bakıda və Abşeron yarımadasında toz-dumanın miqdarının sanitar normaya uyğun olduğu müəyyən edilib. Bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, buna səbəb ölkə ərazisinə daxil olan şimal-qərb küləyidir.