Sosial şəbəkədə biz:

Şirvanda dəhşət: 3 uşaq atası 9 yaşlı qızı zorladı

Şirvanda 9 yaşlı qıza qarşı seksual xarakterli zorakılıq edən 25 yaşlı şəxs həbs edilib. Azinforum.az  lent.az-a istinadən bildirir ki, 4-cü sinifdə oxuyan 2006-cı il təvəllüdlü qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri edən Şirvan sakini 1990-cı il təvəllüdlü P.Q. şübhəli şəxs qismində saxlanılıb. P.Q., yaşadığı evdə tək olan azyaşlı qızın köməksiz vəziyyətindən istifadə edərək ona qarşı seksual xarakterli - ənənəvi və qeyri ənənəvi yolla cinsi zorakılıq hərəkətləri edib. Azyaşlı Şirvan Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyində ekspert müayinəsindən keçirilib və fakt öz təsdiqini tapıb. P.Q. Şirvan polisi tərəfindən saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə həbs qəti-imkan tədbirinin seçilməsi gözlənilir. Qeyd edilir ki, P.Q. evlidir və 3 uşaq atasıdır. Faktla bağlı Şirvan şəhər polis şöbəsində cinayət işi başlanıb, istintaq araşdırması aparılır.
 


Yazar

AZİNFORUM.AZ İNFORMASİYA PORTALI

“AZİNFORUM.AZ İNFORMASİYA PORTALI” MMC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

SOSİAL ŞƏBƏKƏDƏ BİZ

Mobil App Yüklə

Mobil app yükləyərək daha asan xəbərdar ol