Bakıda yaşlı kişini yolun ortasında döydülər
Bakıda xuliqanlıq hadisəsi baş verib. “ Azinforum.az ” - ın lent.az-a istinadən məlumatına görə, polisə müraciət edən 1943-cü il təvəllüdlü Əlimərdanov Münasib Qara oğlu Mehdi Hüseyin döngəsi 5 ünvanının qarşısında qonşusu tərəfindən xuliqanlıq zəmnində döyüldüyünü bildirib. M.Əlimərdanov onu vuran şəxsin 1976-cı il təvəllüdlü Abdullayev Ruslan Hamlet oğlu olduğunu qeyd edib. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil, araşdırma aparılır.