Sosial şəbəkədə biz:

Tacirin dayısı efirdə onu biabır etdi

27 April 2018, 16:16
Gündəm
Ötən gün Xəzər TV-də yayımlanan "5/5" verilişində maraqlı hadisə baş verib. Belə ki, verilişə Mingəçevirdən gəldiyini söyləyən yaşlı kişi məşhur müğənni Tacir Şahmaloğlunun doğma dayısı olduğunu bildirib. Azinforum.az  xəbər verir ki, ağsaqqal Taciri qohumlarına köməklik etməməyinə rəğmən efirlərdə bunun əksini söyləməkdə, yalan danışmaqda ittiham edib. Adının Nürəddin olduğunu deyən 78 yaşlı şəxs məşhur müğənninin dünyasın dəyişən övladlarının yas mərasiminə qatılmadığını da qeyd edib: "46 yaşında qızımı və 24 yaşında oğlumu itirdim. Onların yasına gəlmədi".