Sosial şəbəkədə biz:

Azərbaycanda ötən il 2058 uşaq ölüb - Statistika

12 May 2018, 12:07
Gündəm
2017-ci ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 5 yaşadək (0-4 yaşda) 2058 uşaq ölümü qeydə alınıb. Dövlət Statistika Komitəsindən sorğusuna cavab olaraq bildirilib ki, onlardan 1205 nəfəri oğlan, 853 nəfəri isə qızdır. Dünyasını dəyişən uşaqlardan 1700-i (993 oğlan, 707 qız) bir yaşadək olan körpələrdir. Perinatal dövrdə ölənlərin sayı 1371 nəfər qeydə alınıb. Onlardan 776 nəfəri oğlan, 595 nəfəri qız olub.