Sosial şəbəkədə biz:

Azərbaycanda keçmiş icra başçısı saxlanıldı

12 May 2018, 15:49
Gündəm
Gədəbəy Rayon İcra Hakimiyyətinin sabiq başçısı Saleh Rüstəmov və onun qardaşı oğlu Vidadi Rüstəmli həbs edilib. Bu barədə “Report”a S.Rüstəmovun qardaşı Taleh Rüstəmov məlumat verib. O bildirib ki, tutulan şəxslər barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) cinayət işi başlanıb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib: “Saleh Rüstəmov Rusiya vətəndaşıdır, orada yaşayır, Azərbaycana qonaq gəlmişdi. Şəmkirdə saxlanılaraq barəsində həbs qərarı çıxarıldı. Vidadi Rüstəmli isə Bakıda saxlanılıb”. Qeyd edək ki, Saleh Rüstəmov 1992-1993-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub.