Sosial şəbəkədə biz:

Atatürk hava limanında təyyarələr toqquşdu - Fotolar

14 May 2018, 09:43
Gündəm
Türkiyənin Atatürk hava limanında “Airbus 721” tipli təyyarənin quyruğuna Cənubi Koreyanın “Air Asiana” şirkətinə məxsus təyyarənin qanadı çırpılıb. “Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 18:00-da baş verib. Qeyd olunur ki, Türkiyəyə məxsus təyyarənin göyərtəsində 236 sərnişin olub.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Hər iki təyyarəyə ziyan dəyib.