Sosial şəbəkədə biz:

O sədr oldu, nazirlər isə üzv... - Prezident sərəncam verdi

15 May 2018, 14:07
Gündəm
Prezident İlham Əliyev Avropa Gənclər Olimpiya Festivalının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Avropa Olimpiya Komitəsinin təşəbbüsü ilə 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul edilib. Sərəncamda qeyd olunur ki, Avropa Gənclər Olimpiya Festivalının 2019-cu il 20-28 iyul tarixlərində Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov - Baş nazirin birinci müavini Təşkilat Komitəsi sədrinin müavini Azad Rəhimov - Gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Təşkilat Komitəsinin üzvləri Yusuf Məmmədəliyev - Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Elmar Məmmədyarov - Xarici işlər naziri Ramil Usubov - Daxili işlər naziri Kəmaləddin Heydərov - Fövqəladə hallar naziri Şahin Mustafayev - İqtisadiyyat naziri Samir Şərifov - Maliyyə naziri Mikayıl Cabbarov - Vergilər naziri Oqtay Şirəliyev - Səhiyyə naziri Əbülfəs Qarayev - Mədəniyyət naziri Ramin Quluzadə - Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ceyhun Bayramov - Təhsil naziri Səfər Mehdiyev - Dövlət Gömrük Komitəsinin sədri Mədət Quliyev - Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi Vüsal Hüseynov - Dövlət Miqrasiya Xidmətinin rəisi Cahangir Əsgərov - “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayev - “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Çingiz Hüseynzadə - Milli Olimpiya Komitəsinin vitse-prezidenti Anar Ələkbərov - Heydər Əliyev Mərkəzinin direktoru Vüsal Kərimli - Bakı Nəqliyyat Agentliyinin direktoru Ülvi Mehdiyev - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ağacan Əbiyev -  Milli Olimpiya Komitəsinin baş katibi Xəzər İsayev - Milli Olimpiya Komitəsinin vitse-prezidenti Azər Əliyev -  Milli Olimpiya Komitəsinin baş katibinin köməkçisi Fərid Mansurov - Olimpiya çempionu Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2019-cu il 20-28 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalının Bakı şəhərində keçirilməsinə dair tədbirlər planı hazırlayıb həyata keçirəcək. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.