Sosial şəbəkədə biz:

Zakir Qaralov iki hərbi prokurorla bağlı əmr imzaladı

22 October 2015, 14:09
Gündəm
Zaqatala və Qazax hərbi prokurorlarının növbəti səlahiyyət müddətləri təsdiqlənib. Baş prokuror Zakir Qaralov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Zaqatala hərbi prokuroru Mustafa Əsgərov və Qazax hərbi prokuroru Şahin Zamanov növbəti səlahiyyət müddətinə həmin rayonların hərbi prokuroru vəzifələrinə təyin olunublar. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov faktı təsdiqləyib (APA).